...

MSK sədri ATƏT-in hesabatına dair etirazını qurumun nümayəndələrinə çatdırıb

Siyasət Materials 31 Oktyabr 2005 19:49 (UTC +04:00)

Oktyabrın 31-də Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov Avropa Şurası Parlament Assambleyasının Milli Məsələlər və İnsan Haqları üzrə Komitınin sədr müavini Eduard Lintner və Almaniyanın keçmiş baş naziri professor Ierner Münx ilə görüşüb. Bu barədə Trend ə MSK-dan məlumat verilib.

Qonaqlar Azərbaycanda ilk dəfə səfərdə olduqlarını bildirib və ümumilikdə seçki sistemi ilə maraqlanıblar, seçki komissiyalarının formatı, qeydə alınan namizədlər, təbliğat-təşviqat kampaniyası ilə bağlı MSK sədrinə suallar veriblər. M.Pənahov qonaqları maraqlandıran məsələlər barədə məlumat verib, Azərbaycanda keçiriləcək parlament seçkisi ilə əlaqədar MSK-nın gördüyü işlər haqqında danışıb.

M.Pənahov həmçinin ATƏT-in Bakıdakı Müşahidə Missiyasının rəhbəri Gert Arenslə də görüş keçirib. M. Pənahov ATƏT nümayəndəsinə müşahidə missiyasının son hesabatında MSK-nın ünvanına deyilən iradların həqiqətə uyğun olmadığını söyləyib. MSK sədri bildirib ki, ATƏT hesabat hazırlayarkən bütün tərəflərin fikirlərinə diqqət yetirməyib və informasiyalar yalnız müxalifət mənbələrindən alınıb. Görüşdə seçkiöncəsi vəziyyət də müzakirə edilib.

Xəbər lenti

Xəbər lenti