...

Baş Prokurorluq seçkilərlə bağlı daxil olmuş müraciətləri araşdırıb

Siyasət Materials 31 Oktyabr 2005 19:58 (UTC +04:00)

Azərbaycan Respublikası Baş Prkourorluğu parlament seçkiləri ilə bağlı daxil olmuş müraciətlərin araşdırılmasını başa çatdırıb. Bu barədə Trend ə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Seçki kampaniyası başlanandan prokurorluq orqanlarına 35 müraciət daxil olub. Onların 20-si Mərkəzi Seçki Komissiyasından, 10-u dairə seçki komissiyalarından, 2-si seçki bloklarından, 2-si hüquq-mühafizə orqanlarından, 1-i isə bilavasitə vətəndaşlardan daxil olub.

Müraciətlərin 12-si yerli icra strukturlarının və seçki komissiyalarının vəzifəli şəxslərinin deputatlığa namizədlərin seçkiqabağı təşviqatına bilavasitə qanunsuz müdaxilə etmələri, 1-i namizədliyini geri götürmək üçün deputatlığa namizədə qanunsuz təsir göstərilməsi, 5-i deputatlığa namizədlərin bir-biri barəsində şərəf və ləyaqətə zərər vuran saxta məlumatlar yaymaları və ya başqa formalarda təşviqat prosesinə mane olmaları, 9-zu deputatlığa namizədlər tərəfindən ələ alma, aldatma, hədələmə, zor tətbiq etməklə və ya zor tətbiqetmə hədəsi ilə vətəndaşların seçki hüquqlarının həyata keçirilməsinə mane omla barədə, qalan 8 müraciət isə digər məzmunlu müraciətlərdir.

Araşdırmalar zamanı bəzi hallarda seçkiqabağı təşviqat zamanı deputatlığa namizədlər və tərəfdarları digər namizədlərə və onların səlahiyyətli nümayəndələrinə, o cümlədən seçkiqabağı tədbirlərlə ictimai asayişi qorumaq üzrə xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarına qarşı zorakılıq və bu kimi qeyri-qanuni hərəkətlərə yol verilməsi halları aşkar edilib.

Bütün bu qanunsuz hərəkətlərlə bağlı Baş Prkourorluq tədbirlər görüb. Qanunu pozmuş şəxslər barədə müvafiq qaydada cinayət işi başlanıb.

Xəbər lenti

Xəbər lenti