...

"Sosintern"in baş katibi Azərbaycana gələcək

Siyasət Materials 1 Noyabr 2005 11:58 (UTC +04:00)

"Sosintern"in baş katibi Luisa Ayala bu ilin sonununadək Azərbaycana səfər edəcək". Bu barədə Trend agentliyinə Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) həmsədri Araz Əlizadə bildirib.

A.Əlizadə qeyd edib ki, L.Ayalanın Azərbaycan prezidenti ilə də görüşü gözlənilir. Prezidentlə görüşdə hansı məsələlərin müzakirə ediləcəyinə gəlincə ASDP həmsədri bildirib: "Bir sıra məsələlərlə yanaşı təbii ki, Moskvada mühacir olan partiyamızın digər həmsədri eks-prezident Ayaz Mütəllibovun Azərbaycana qayıdışının dövlət səviyyəsində təmin edilməsi məsələsi də müzakirə ediləcək".

ASDP həmsədri onu da bildirib ki, A.Mütəllibov yalnız Azərbaycan dövləti tərəfindən onun vətənə qayıdışına icazə verildiyi halda gələcək. Bu istiqamətdə beynəlxalq səviyyədə danışıqlar aparıldığını deyən A.Əlizadə eks-prezidentin seçkilərdə qələbə qazanacağını da istisna etməyib.

Qeyd edək ki, "Sosintern" 158 ölkənin sosialist və sosial-demokrat partiyalarının təmsil olunduğu beynəlxalq təşkilatdır, baş qərargahı Londonda yerləşir. Təşkilatın prezidenti Portuqaliyanın keçmiş prezidenti Antonio Qutleyrsdir, vitse-prezidentləri sırasında isə Böyük Britaniyanın baş naziri Toni Bleyer, İsveçin baş naziri, Almaniyanın sabiq kansleri Gerhard Şröder, İspaniyanın baş naziri və digər dövlət rəsmiləri təmsil olunurlar.

Xəbər lenti

Xəbər lenti