...

Yeni Azərbaycan Partiyası mitinqə 20 mindən artıq insan çıxarmağı planlaşdırır

Siyasət Materials 1 Noyabr 2005 12:46 (UTC +04:00)

"Hakim Yeni Azərbaycan Partiyası (YAP) "Qələbə" meydanına 20 mindən artıq adam çıxaracaq". Bu barədə Trend agentliyinə YAP-ın mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev bildirib.

H.Paşayevin sözlərinə görə, "Qələbə" meydanı yalnız bu qədər insan tutur. YAP-ın 400 mindən çox üzvü olduğunu bildirən H.Paşayev bu qədər insanın meydana sığışmayacağının nəzərə alındığını deyib. YAP sözçüsü onu da əlavə edib ki, mitinqdə musiqi proqramlarından da istifadə ediləcək: "Müxtəlif çıxışlardan sonra səhnəyə Azərbaycanın estrada ulduzları dəvət olunacaqlar".

Mitinq-konsertdə YAP-ın sədri, Azərbaycan prezidenti İlham Əliyevdən başqa partiyanın digər rəsmilərinin də iştirak edəcəyini deyən H.Paşayev mitinqin baş şüarının "Yeni Azərbaycanla yeni həyatını seç!" olacağını bildirib.

Qeyd edək ki, Bakı meriyası YAP-ın oktyabrın 4-ə saat 15.00-dan 18.00-dək planlaşdırdığı mitinqin keçirilməsinə icazə verib. Mitinq iştirakçıları saat 15.00-da metronun "20 Yanvar" stansiyasından "Qələbə" meydanına yürüş edəcəklər. Mitinq-konsert bu meydanda saat 18.00-dək davam edəcək.

Xəbər lenti

Xəbər lenti