...

Bir qrup namizəd Apellyasiya Məhkəməsinə müraciət edəcək

Siyasət Materials 1 Noyabr 2005 12:51 (UTC +04:00)

"25 saylı Nizami ikinci seçki dairəsindən olan bir qrup namizəd noyabrın 1-də Apellyasiya Məhkəməsinə müraciət edəcək". Bu barədə Trend ə adıçəkilən seçki dairəsindən namizəd olan Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev bildirib.

Partiya sədrinin sözlərinə görə, Apellyasiya Məhkəməsinə müraciət edilməsində məqsəd 25 saylı Nizami ikinci seçki dairəsindən namizədliyini verən Hüseyn Abdullayevin seçki təbliğatı ilə bağlı qanunsuz hərəkətləri və icra strukturlarının bu şəxsin təbliğatına yardım göstərməsidir.

F.Əliyev onu da bildirib ki, məsələ ilə bağlı Dairə Seçki Komissiyasına və Mərkəzi Seçki Komissiyasına müraciət edilib: "Əvvəlcə mən, daha sonra isə digər namizədlər də mənimlə birgə Hüseyn Abdullayevin hərəkətləri ilə bağlı müxtəlif instansiyalara müraciət edib".

Qeyd edək ki, müraciət edən namizədlər sırasında "Yeni Siyasət" seçki blokundan olan Əli Ələkbərov, Ümid Partiyasının üzvü Vüqar Əliyev, müstəqil namizəd İlqar Abbasov və Yeni Azərbaycan Partiyasının üzvü Xatirə Quliyeva da var.

Xəbər lenti

Xəbər lenti