...

Eldar Namazov: Mən iqtidar kimi hər şeyi gözəl təsəvvür etmirəm və müxalifətdə olan bəzi insanlar kimi hər şeyə qara yaxmıram

Siyasət Materials 1 Noyabr 2005 14:35 (UTC +04:00)
Eldar Namazov: Mən iqtidar kimi hər şeyi gözəl təsəvvür etmirəm  və  müxalifətdə olan bəzi insanlar kimi  hər şeyə qara yaxmıram

Müsahibimiz "Yeni Siyasət" seçki blokunun təsisçilərindən olan Azərbaycan Naminə İctimai Forumun prezidenti, politoloq Eldar Namazovdur

-Prezident İlham Əliyevin parlament seçkilərinə hazırlıq və keçirilməsi ilə bağlı oktyabrın 25-də imzaladığı sərəncamı necə qiymətləndirirsiniz?

-Prezidentin bu sərəncamında seçkilərin şəffaf, demokratik keçirilməsi istiqamətində bir neçə vacib addım nəzərdə tutulub. Bu, barmaqların boya ilə nişanlanması, seçici siyahılarında onların ünvanlarının göstərilməsi, seçki monitorinqində iştirak etmək istəyən QHT-lərə şəraitin yaradılması və s. Lakin bu sərəncamla seçki prosesində mövcud olan problemlərin hamısını aradan qaldırmaq mümkün deyil. Ona görə ki, sərəncam səs verməyə on gün qalmış imzalanıb. Bu sənəd çoxdan imzalanmalı idi. Digər tərəfdən müxalifət və beynəlxalq təşkilatlar gözəgörünən boya ilə barmaqların nişanlanması təklifini verib. Əfsuslar olsun ki, bu prosesin həyata keçirilməsi sərəncamda gözəgörünməyən boya ilə nəzərdə tutulub. Bu o deməkdir ki, hər bir seçki məntəqəsinə xüsusi avadanlıq gətirilməli, onlardan istifadə edilməsi təlimləri keçirilməlidir. Ancaq bütün bunlara baxmayaraq mən ümid edirəm ki, bu sərəncamdan sonra bir neçə konkret addımlar atılacaq.

-İndiki müxalifət Heydər Əliyev siyasətinin Azərbaycan üçün perspektivsiz olduğu fikrindədir. Bir vaxtlar onun siyasi kursunu müdafiə etmiş müxalifətçi kimi necə fikirləşirsiniz, həmkarlarınız seçimlərində düzgündürlərmi?

-Bilirsiniz, şəxsiyyətlər rəngbərəng olduğu kimi müxalifət də rəngbərəngdir. Əgər mən siz dediyiniz şüarları irəli sürən partiyanın üzvü olsaydım və onların komandasında təmsil olunsaydım yəqin ki, bu sualı verməyə sizin haqqınız olardı. Ancaq siz bilirsiniz ki, mən müxalifətdə ola-ola müstəqil mövqeyim var. Mən iqtidar kimi hər şeyi gözəl təsəvvür etmirəm və müxalifətdə olan bəzi insanlar kimi hər şeyə qara yaxmıram. Həmişə çalışıram ki, yaxşını pisdən ayıram. "Hər şey yaxşıdır, hər şey pisdir" prinsipini qəbul etmirəm. Qeyri obyektiv baxışa malik olan insanlar da ölkədə mövcud olan problemləri həll edə bilməzlər. Ölkədə mövcud olan problemləri həll etmək üçün üç əsas amil lazımdır: ölkəni idarə edən şəxsin siyasi iradəsi, ölkənin iqtisadi islahatlar proqramı, dirçəliş strategiyası və həmin proqramları həyata keçirə bilən komandası olmalıdır. Bu göstəriciləri həyata keçirmək üçün Azərbaycanda - həm müxalifətdə, həm iqtidarda, həm də heç bir düşərgədə təmsil olunmayan yetərincə qüvvə var.

-Müxalifət olmaq üçün mütləq iqtidarda təmsil olunub sonradan hansısa səbəblərdən həmin düşərgədən uzaqlaşdırılmaq vacib sayılmalıdırmı?

-Hakimiyyətdən könüllü surətdə gedənlər də olur, hakimiyyətdən qovulanlar da. Hakimiyyətdən könüllü gedən insanların müxalifət mövqeyində durmasını təbii qəbul etmək lazımdır. Adətən belə insanlar istefa verməmişdən öncə çalışıblar ki, nəyisə dəyişsinlər. Bunu mövcud komandada edə bilməyənlər könüllü surətdə istefaya gedir və müxalif mövqedə durub həmin problemlərin həllinə çalışırlar. Ancaq iqtidar düşərgəsindən qovulduqdan sonra müxalifətə keçənləri qəbul etmək çətindir. Şəxsən mən 1995-ci ildə ölkə başçısına daxili siyasətdə mövcud olan nöqsanlar barədə dəfələrlə verdiym təkliflərin qəbul edilmədiyini və iki il müddətində onları aradan qaldıra bilmədiyimi görüb 1997-ci ildə könüllü surətdə istefa verdim.

-"Azadlıq" blokunun liderlərinin icazəsiz mitinqlərdə iştirak etməmələrini necə qiymətləndirirsiniz?

-Mən hesab etmirəm ki, mitinqin harada keçirilməsi ən önəmli amildir. "Qələbə" meydanında izdihamlı mitinq keçirmək daha böyük hadisədir, nəinki bir neçə min adamın şəhərin mərkəzində polislə toqquşması. Eyni zamanda hesab edirəm ki, hakimiyyət hər bir namizədin öz seçiciləri ilə görüşünə şərait yaratmağa borcludur. Nəyə görə şəhərin mərkəzində namizəd olan müxalifətçi kənar ünvanlarda mitinq keçirməlidir? O ki, qaldı belə icazəsiz yürüş-mitinqlərdə müxalifət liderlərinin iştirak etməməsinə... Bilirsiniz, "lider" sözünün mənası insanları öz arxasınca aparmaq deməkdir. Hərdən qonşu Gürcüstanda baş verən məlum prosesləri bizə misal çəkirlər. Saakaşvili hər zaman belə aksiyalarda ön planda olub. Əgər polis mitinqçilərə qarşı silah işlədirdisə, ilk növbədə Saakaşvilinin sinəsi bu silaha tuş gəlib...

-Siz qeyd etdiniz ki, hakimiyyət hər namizədə seçiciləri ilə görüşmək şəraiti yaratmalıdır. Axı "Azadlıq" blokunun liderlərinin heç birinin namizədliyi mitinq keçirmək üçün iddia etdikləri ünvanların yerləşdiyi ərazilərində qeydiyyata alınmayıb...

-Onlar bir neçə variant təklif ediblər... Məsələn, mən bir neçə şadlıq evində seçicilərimlə görüşmək istəmişəm. Hətta həmin şadlıq evlərinin rəhbərləri ilə də razılığım olub. Amma görüşə bir

Xəbər lenti

Xəbər lenti