...

Avropa Şurası Azərbaycanın demokratikləşdirmə sahəsindəki səyləri və nailiyyətlərindən məmnundur

Siyasət Materials 1 Noyabr 2005 14:37 (UTC +04:00)

"Biz Azərbaycanın demokratik seçkilər keçirilməsi və bütövlükdə demokratikləşdirmə sahəsindəki səylərini və nailiyyətlərini gördüyümüzə məmnunuq". Trend bildirir ki, noyabrın 1-də Bakıda AŞPA-nın hüquqi məsələlər və insan haqları komitəsinin sədr müavini Eduard Lintner Azərbaycan prezidenti İlham Əliyevlə görüşündə bu barədə bəyan edib.

Prezident bəyan edib ki, Azərbaycanda cəmiyyətin demokratikləşdirilməsi məqsədilə çox işlər görülür. Xüsusilə vacib qanunlar qəbul edilir, bir çox beynəlxalq konvensiyalara qoşulma prosesi aparılır.

İ.Əliyev həm də bildirib ki, Azərbaycan ilə Avropa Şurasının əməkdaşlığı uğurla davam etdirilir. Onun sözlərinə görə, Azərbaycan Avropa Şurası qarşısında öz öhdəliklərini tamamilə yerinə yetirib. O, qeyd edib ki, ölkədə azad və ədalətli parlament seçkilərinin keçirilməsi üçün bütün vacib şərait yaradılıb.

Xəbər lenti

Xəbər lenti