...

"Azadlıq" seçki bloku qərar verə bilmir

Siyasət Materials 1 Noyabr 2005 14:39 (UTC +04:00)

"Azadlıq" seçki bloku müxalifətin vahid Koordinasiya Şurası tərəfindən idarə olunması ilə bağlı qərar verə bilmir". Bu barədə Trend ə müxalifətin vahid Koordinasiya Şurası tərəfindən idarə olunması ilə bağlı yaradılan işçi qrupunun rəhbəri Oqtay Xəlilli bildirib.

O.Xəlilli qeyd edib ki, o, bu məsələ ilə bağlı missiyasını yerinə yetirib, qalır "Azadlıq" blokunun rəzılığı: "Mən həmin blokda təmsil olan partiya rəhbərləri ilə ayrı-ayrılıqda danışıqlar aparmışam. Razılığa gəliblər, ancaq hansısa səbəblər üzündən məsələni birgə müzakirə edə bilmirlər".

İşçi qrupunun rəhbəri onu da bildirib ki, əgər "Azadlıq" blokunun rəhbərləri müxalifətin vahid mövqedən idarə olunmasını istəyirlərsə bu məsələni müzakirə etməyə borcludurlar: "Görünür bu məsələdə onlar tələsmirlər. Proseslər bu istiqaəmtdə cərəyan edərsə müxalifət bu bloksuz birləşəcək".

Xəbər lenti

Xəbər lenti