...

Yaşar Əliyev: "Polis gücləndirilmiş iş rejiminə keçəcək"

Siyasət Materials 1 Noyabr 2005 14:58 (UTC +04:00)

Noyabr ayının ilk ongünlüyündə polis gücləndirilmiş iş rejimi ilə fəaliyyət göstərəcək. Bu barədə Trend ə Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini Yaşar Əliyev məlumat verib.

Ancaq bu iş rejimi heç də ADP sədri Rəsul Quliyevin Bakıya gəlişi ilə bağlı yayılan söz-söhbətlərlə əlaqədar deyil. "Azadlıq" blokunun noyabrın 4-də keçirməyi nəzərdə tutduğu icazəsiz aksiyanın qarşısı da qanun çərçivəsində alınacaq. Asayişi qorumaq üçün polis qanunvericiliklə nəzərdə tutulmuş qaydada fəaliyyət göstərəcək. Hər hansı qarşıdurmaya və asayişin pozulmasına görə isə məsuliyyət isə "Azadlıq" bloku üzvlərinin üzərinə düşəcək.

Yaxın 10 ərzində xarici səfirliklərin və paytaxtda olan digər rəsmi qurumların inzibati binalarının mühafizəsi də gücləndiriləcək.

Qeyd edək ki, hazırda Londonda olduğu bildirilən ADP sədri Rəsul Quliyev noyabr ayının 3-dək Bakıya gələcəyi barədə qərarını bəyan edib.

Xəbər lenti

Xəbər lenti