...

İsgəndər Həmidov Strasburqa gedəcək

Siyasət Materials 1 Noyabr 2005 15:03 (UTC +04:00)

"Azərbaycan Milli Demokrat Partiyasının (AMDP) sədri İsgəndər Həmidov Strasburqa gedəcək". Bu barədə Trend agentliyinə AMDP sədrinin özü bildirib.

Strasburqa dəqiq nə vaxt gedəcəyi barədə məlumat verməyən İ.Həmidov qeyd edib ki, məqsəd Avropa İnsan Haqlarını Müdafiə Məhkəməsində etdiyi müracətlə bağlı prosesdə iştirak etməkdir.

Qeyd edək ki, AMDP sədri adıçəkilən məhkəməyə üzərindən məhkumluğunun götürülməsi və rəhbərlik etdiyi partiyanıın dövlət qeydiyyatına alınmaması ilə bağlı müraciət ünvanlayıb: "Artıq müraciətim icraata götürülüb. Məlumatlar toplanılır, yaxın günlərdə proses başlanacaq. Ümid edirəm ki, bu instansiya hüquqlarımın bərpası istiqamətində Azərbaycan iqtidarına təzyiq göstərəcək".

İ.Həmidov onu da bildirib ki, Avropa İnsan Haqlarını Müdafiə Məhkəməsinin mövqeyini gözləyirlər. Buna görə də partiyanın qeydiyyatı ilə bağlı Ədliyyə Nazirliyi qarşısında piketlərə ara veriblər.

Xəbər lenti

Xəbər lenti