...

TRT 11 jurnalist vasitəsilə Azəbaycanda səsvermənin gedişini işıqlandıracaq

Siyasət Materials 1 Noyabr 2005 16:23 (UTC +04:00)

Türkiyənin TRT teleşirkəti 11 jurnalistdən ibarət qrup vasitəsilə Azərbaycanda parlament seçkiləri günü səsvermənin gedişini işıqlandırmağı planlaşdırır. Jurnalistlərin 4-ü Bakıya noyabrın 4-də səhər gələcək. Bu barədə Trend ə şirkətin Bakıdakı nümayəndəliyindən məlumat verilib.

Nümayəndəlikdə o da qeyd edilib ki, səfər çərçivəsində respublikanın seçki məntəqələrindən birbaşa yayımların təşkili nəzərdə tutulub. "TRT Azərbaycandakı vəziyyəti hərtərəfli işıqlandırmaq üçün mümkün olan hər şeyi edir. Bununla əlaqədar o, 1 ay ərzində tərtib etdiyi proqramların 12 xüsusi buraxılışını hazırlayıb", - deyə nümayəndəlikdə bildirilib.

Xəbər lenti

Xəbər lenti