...

Noyabrın 4-dən ATƏT-in qısamüddətli müşahidəçiləri Azərbaycanın regionları üzrə bölüşdürüləcək

Siyasət Materials 1 Noyabr 2005 17:43 (UTC +04:00)

Noyabrın 4-də səhərdən başlayaraq ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun qısamüddətli müşahidəçilər qrupu noyabrın 6-da parlament seçkilərinin keçiriləcəyi Azərbaycanın regionları üzrə paylaşdırılacaq. Bu barədə noyabrın 1-də Trend ə ATƏT-in DTİHB-nun müşahidəçi missiyasının Böyük Britaniyadan olan nümayəndəsi Haydi Smes məlumat verib.

Onun sözlərinə görə, ümumi sayı 600 nəfərə çatan qısamüddətli müşahidəçilər qrupları Bakıya gəlməyə başlayıblar və buradan onlar ölkənin müxtəlif regionlarına göndərilicəklər.

H. Smes xatırladıb ki, 28 uzunmüddətli müşahidəçi artıq iki aydır ki, respublikanın regionlarında çalışırlar və oradan seçkiqabağı vəziyyətlə bağlı məlumatlar göndərirlər. Sonradan həmin məlumatlar ATƏT-in DTİHB-nun hesabatına daxil edilir.

Xəbər lenti

Xəbər lenti