...

Baş prokuror Eduard Lintneri və Verner Münixi qəbul edib

Siyasət Materials 1 Noyabr 2005 17:57 (UTC +04:00)

Noyabrın 1-də Azərbaycan Respublikasının Baş prokuroru Zakir qaralov ölkəmizdə səfərdə olan Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Hüquqi Məsələlər üzrə Komitəsinin sədr müavini Eduard Lintneri və həmin komitənin Almaniyadan olan üzvü deputat Verner Münixi qəbul edib. Bu barədə Trend ə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Konstruktiv və səmərəli keçən görüşün əsas müzakirə mövzusu Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər olub.

Z.Qaralov qeyd edib ki, Milli Məclisə seçkilərin demokratik və şəffaf prosedurlar əsasında keçirilməsi, ölkə vətəndaşlarının seçki hüquqlarının tam təmin olunması üçün dövlətimiz tərəfindən bütün əsaslar yaradılıb. O, həmçinin, seçki ilə bağlı prokurorluq orqanlarının üzərinə düşən vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar Baş Prokurorluq tərəfindən görülən tədbirlər barədə də məlumat verib.

Qonaqları maraqlandıran sualları cavablandıran baş prokuror qeyd edib ki, rəhbəri olduğu qurum vətəndaşların seçki hüquqlarının, eləcə də seçkilər zamanı insan hüquq və azadlıqlarının müdafiəsini təmin etmək üçün bundan sonra da zəruri tədbirlər həyata keçiriləcək.

Qarşıdan gələn seçkinin Azərbaycanda demokratiyanın inkişafında növbəti mühüm addım olduğunu qeyd edən cənab Lintnet bu sahədə görülən işləri və həyata keçirilən tədbirləri müsbət qiymətləndirib.

Xəbər lenti

Xəbər lenti