...

Azərbaycan Respublikasının "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında" Qanununa dəyişikliklər edilməsi barədə qanun qüvvəyə minib

Siyasət Materials 1 Noyabr 2005 18:26 (UTC +04:00)

Trend bildirir ki, Azərbaycan Respublikasının (AR) "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında" Qanununa dəyişikliklər edilməsi barədə qanun qüvvəyə minib.

Milli Məclisin qəbul etdiyi qanuna əsasən, qanunun 2.4-cü maddəsində "(xarici fiziki və hüquqi şəxslər, nizamnamə kapitalında xarici fiziki və hüquqi şəxslərin payı 30 faizdən artıq olan Azərbaycan Respublikasının hüquqi şəxsləri tərəfindən qrant alan və ya başqa cür maliyyələşdirilən qeyri-hökumət təşkilatları istisna olmaqla)" sözləri çıxarılır.

Qanun oktyabrın 28-də AR prezidenti İlham Əliyev tərəfindən təsdiq edilib və noyabrın 1-də elan edilib.

Xəbər lenti

Xəbər lenti