...

Ukrayna Azərbaycanda parlament seçkilərinin demokratik və şəffaf keçiriləcəyini hesab edir

Siyasət Materials 1 Noyabr 2005 19:09 (UTC +04:00)

Ukrayna Azərbaycanda parlament seçkilərinin demokratik və şəffaf keçiriləcəyini ümid edir. Trend in UNİAN agentliyiynə istinadən yaydığı məlumata görə, bu barədə Ukraynanın xarici işlər naziri Boris Tarasyuk bəyan edib.

"Dəfələrlə mürəkkəb seçki prosedurasından (istər prezident, istərsə də parlament seçkiləri olsun) keçən bizim və digər ölkələrin təcrübəsi sübut edir ki, hakimiyyət seçkilərin demokratik, azad və şəffaf keçməsi üçün hər şeyi etməlidir. Biz ümid edirik ki, Avropa Şurasının üzvü olan Azərbaycan və digər beynəlxalq öhdəlikləri olan bir ölkə kimi məhz bu cür hərəkət edəcək ", - deyə nazir bildirib.

B.Tarasyukun sözlərinə görə, Azərbaycanda seçkilərin qiymətləndirilməsi ATƏT-in beynəlxalq, eləcə də Ukraynadan olan müşahidəçilərin rəyləri əsasında həyata keçiriləcək.

B.Tarasyukun sözlərinə görə, Ukraynada Azərbaycandakı hadisələrin inkişafını diqqətlə izləyir. "Biz Azərbaycanın son vaxtlar seçki prosesinə hazırlıqla bağlı o cümlədən, seçicilərinin ikinci dəfə səsverməsinin qarşısını aradan qaldırmaq məqsədilə barmaqlarının mürəkkəblə boyanması kimi mühüm qərarlar qəbul etdiyinə diqqət yetiririk ", - deyə B.Tarasyuk bildirib. Nazir həmçinin, qeyd edib ki, Azərbaycan rəhbərliyi təcrübədə Azərbaycanda açıq seçki prosesinin keçiriləcəyinə və beynəlxalq müşahidəçilərin iştirakına hazır olduğunu nümayiş etdirir.

Xəbər lenti

Xəbər lenti