...

Asim Mollazadə Almaniyadan olan müşahidəçilərlə görüşüb

Siyasət Materials 1 Noyabr 2005 19:33 (UTC +04:00)

Demokratik İslahatlar Partiyasının (DİP) sədri, millət vəkili Asim Mollazadə noyabrın 1-də parlament seçkilərini müşahidə etmək üçün ölkəmizdə səfərdə olan Almaniyanın Maqdeburq Universitetinin müəllim və tələbələrindən ibarət 6 nəfərlik beynəlxalq müşahidəçi missiyası ilə görüşüb. Bu barədə Trend ə DİP-dən məlumat verilib.

Görüşdə Azərbaycandakı seçki prosesi, Demokratik İslahatlar Partiyasının seçki platforması, mövqeyi, seçkidə iştirakı, namizədlərin seçki prosesində qarşılaşdıqları problemlər müzakirə olunub. Azərbaycanın gələcək inkişaf perspektivləri, ölkəmizin Avroatlantik strukturlara inteqrasiyası barədə məsələlər barədə də fikir mübadiləsi aparlıbı. Asim Mollazadə müzakirə olunan məsələlərlə bağlı qonaqların çoxsaylı suallarını cavablandırıb.

Xəbər lenti

Xəbər lenti