...

NDI rəhbərliyi Azərbaycanda parlament seçkilərinin monitorinqi üçün yalnız bir nümayəndə göndərəcək

Siyasət Materials 2 Noyabr 2005 12:42 (UTC +04:00)

Milli Demokratiya İnstitunun (NDI) rəhbərliyi təşkilatın Bakı ofisindəki 4 əməkdaşı ilə yanaşı Azərbaycanda parlament seçkiləri günü səsvermənin gedişini müşahidə etmək məqsədilə Bakıya bir nümayəndə göndərmək barədə qərar qəbul edib. Bu barədə Trend ə , NDI-nin Bakı ofisinin nümaynədəsi Qorxmaz Əsgərov məlumat verib.

Lakin Q.Əsgərovun sözlərinə görə, NDI müşahidəçilərinin nümayəndə heyəti artıq Bakıya gəlməyəcək. İnstitutun nümayəndəsi bunun səbəbini Azərbaycan XİN tərəfindən dəvətnaməsinin gec daxil olması ilə izah edib.

Qeyd edək ki, ABŞ Milli Demokratik İnstitutunun seçkilərdə müşahidəçi kimi iştirak etməsi ilə bağlı razılıq bu institutun direktoru, ABŞ-ın keçmiş dövlət katibi Madlen Olbraytın hələ iyul ayında Bakıya etdiyi səfər zamanı əldə olunmuşdu.

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov oktyabrın 28-də jurnalistlərlə görüşü zamanı "NDI rəhbərliyinin ünvanına göndərilən dəvətnaməni şəxsən imzaladığını" bildirmişdi.

Xəbər lenti

Xəbər lenti