...

Demokratik Qüvvələr Konqresinin təsis qurultayı seçkidən sonra olacaq

Siyasət Materials 2 Noyabr 2005 12:49 (UTC +04:00)

"Azərbaycan Naminə seçki blokunun təşəbbüsü ilə yaradılması nəzərdə tutulan Demokratik Qüvvələr Konqresinin (DQK) təsis qurultayı seçkidən sonra olacaq". Bu barədə adıçəkilən blokun mərkəzi seçki qərargahının rəhbəri Taleh Əliyev bildirib.

T.Əliyev hələlik sözügedən konqresin yaradılması istiqamətində siyasi qüvvələr arasında danışıqların davam etdiyini deyib: "Artıq bir sıra siyasi partiya rəhbərləri ilə razılıq əldə olunub. Danışıqlar əsasən Azərbaycan Naiminə Hərəkatın lideri İlqar Qasımov səviyyəsində aparılır".

T.Əliyev onu da qeyd edib ki, DQK-də siyasi partiyalarla yanaşı, siyasi hərəkatlar, Qeyri-hökumət təşkilatları və cəmiyyətdə nüfuzu olan şəxslər də təmsil olunacaqlar: "Nəzərdə tutmuşuq ki, konqresdə sədrlik institutu və Koordinasiya Şurası yaradaq".

Qeyd edək ki, Demokratik Qüvvələr Konqresinin (DQK) yaradılmasında əsas məqsəd ölkədə demokratik qüvvələri bir araya gətirmək, seçkiöncəsi və seçkidən sonra demokratik mühiti qorumaq olacaq.

Xəbər lenti

Xəbər lenti