...

Azərbaycanlı müşahidəçilər Qazaxıstanda keçiriləcək parlament seçkilərini müşahidə edəcəklər

Siyasət Materials 2 Noyabr 2005 13:13 (UTC +04:00)

Qazaxıstan noyabrın 4-də ölkədə keçiriləcək parlament seçkilərini müşahidə etmək üçün Azərbaycandan müşahşidəçilər dəvət etməyi planlaşdırır. Bu barədə Trend ə Qazaxıstanın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Məlumata görə, prezidentliyə namizədlərin qeydiyyata alınma prosesi bu gün başa çatıb. Qazaxıstan MSK-sı ölkənin indiki prezidenti Nursultan Nazarbayev də daxil olmaqla 5 namizədi qeydiyyata alıb.

MSK tərəfindən xarici dövlət və beynəlxalq təşkilatların 187 müşahidəçisi akkreditə olunub.

Seçkilərdə ATƏT-in DTİHB missiyasının 44, MDB missiyasının - 38, beynəlxalq təşkilatların - 31, xarici dövlətlərin - 74 müşahidəçsi iştirak edəcək.

Xəbər lenti

Xəbər lenti