...

Dekabrın 7-də Мəkkədə Islam Кonfransı Тəşkilatının növbədənkənar sammiti keçiriləcək

Siyasət Materials 2 Noyabr 2005 13:54 (UTC +04:00)

İslam Konfransı Təşkilatının növbədənkənar sammiti dekabrın 7-8-də Məkkədə keçiriləcək. Bu barədə Trend ə Azərbaycanın Xarici İşlər Nazirliyindən məlumat verilib.

57 ölkənin dövlət başçıları və hökumətləri iki gün ərzində aktual siyasi, iqtisadi və digər problemləri, islam dünyasında hadisələrin inkişafını müzakirə edəcək. Sammitin açılışında Səudiyyə Ərəbistanının kralı Abdulla ben Əbdüləziz müsəlman xalqlarına müraciətlə çıxış edəcək. Nazirlikdən qeyd edildiyi kimi, sammitdə prezident İlham Əliyev də iştirak edəcək.

Xatırladaq ki, İKT 1969-cu ildə müsəlman ölkələrinin dövlət başçıları və hökumətlərinin Rabatda (Mərakeş) keçirilmiş konfransfında yaradılıb. Dövlət başçıları və hökumətlərin konfransı 3 ildə 1 dəfə keçirilir. İKT-nin siyasi orqanı xarici işlər nazirləri konfransı, icra orqanı - qərargah mənzili Qüdsün azad olunmasına qədər müvəqqəti olaraq Ciddədə (Səudiyyə Ərəbistanı) yerləşən Baş Katiblikdir.

Xəbər lenti

Xəbər lenti