...

50 gənc hüquqşünas Azərbaycanda keçiriləcək parlament seçkilərində şikayətçilərə məsləhət verəcək

Siyasət Materials 2 Noyabr 2005 14:58 (UTC +04:00)

Noyabrın 2-də Bakıda Mərkəzi Avropa və Avrasiyada Amerika hüquqşünasları assosiasiyası hüquq təşəbbüsləri Təşkilatı (ABA-CEELI) nümayəndələrinin brifinqi keçirilib. Bu təşkilat ABŞ beynəlxalq inkişaf Agentliyi (USAID) ilə birgə "Hüquqşünas seçkilər günü" treninq proqramlarının iştirakçı qruplarına noyabrın 6-da - parlament seçkiləri günü cəlb olunduqları regionların adlarını açıqlayıb.

Qeyd edək ki, oktyabrda ABA/CEELI təşkilatının dəstəyilə Azərbaycanın 150 gənc hüquqşünası üçün 8 treninq keçirilib. Bu treninqlər çərçivəsində fiziki şəxslərin MSK-ya müraciət prosedurası və Seçki Məcəlləsinin pozulması faktlprı üzrə məhkəmə instansiyaları barədə hüquqşünaslara hərtərəfli məlumatlar verilib.

Parlament seçkiləri günü "Hüquqşünas seçkilər günü" treninq proqramlarının 50 iştirakçısı məhkəmələrə cəlb olunma üçün Azərbaycanın regionlarına göndəriləcək və bu, qısa müddət ərzində seçici siyahıları və vətəndaşların digər şikayətləri ilə bağlı problemlərin həllinə kömək edəcək. "Hüquqşünas seçkilər günü" treninq proqramlarının özündə şikayətlərin məhkəmələrə göndərilməsi üzrə ərizələr olacaq və vətəndaşlara bunları doldurmaq üçün kömək ediləcək. Gənc hüquqşünaslar seçkilər günü məhkəmə proseslərinin gedişini qeydə almaq üçün fotokameralarla təmin ediləcək.

Mərasimdə çıxış edən ABŞ-nın Azərbaycanda Rino Harniş Azərbaycanda hüquqi islahatların keçirilməsində köməyinə görə ABA/CEELI -nin rolunu yüksək qiymətləndirib. Diplomat hüquqşünasların parlament seçkilərinin keçirilməsi dövründə hazırlanmış işini "çox mühüm" hesab edib və bildirib ki, hüquqşünaslar səsvermədən sonra iki həftə ərzində regionlarda öz fəaliyyətini davam etdirəcək.

ABA/CEELI-nin təşəbbüsü ilə hesabat dövrü ərzində 50 hakimin iştirakı ilə dəyirmi masalar keçirilib.

Qeyd edək ki, cari ilin avqust ayının ortalarından başlayaraq ABA/CEELI "qaynar xətt" açıb, bu vasitə ilə hər bir vətəndaş ölkədə keçiriləcək parlament seçkilərinə hazırlıqla bağlı problemlərin aradan qaldırılmasında atılan addımlar barədə hərtərəfli məlumatlar ala bilərdi. Azərbaycanın istənilən yerindən "qaynar xətt"ə olan pulsuz zənglər (088) 732 54 05 və (012) 437 16 20 (Bakı üçün) saylı telefonlarla qəbul edilirdi.

Xəbər lenti

Xəbər lenti