...

Azərbaycan Barjomi təşəbbüsü əsasında keçiriləcək Kiyev forumuna dəvət alıb

Siyasət Materials 2 Noyabr 2005 16:58 (UTC +04:00)

Rəsmi Bakı dekabrın 1-2-də Barjomi təşəbbüsü əsasında Kiyevdə keçiriləcək beynəlxalq foruma dəvət alıb. Bu barədə Trend ə Ukraynanın Azərbaycandakı işləri üzrə müvəqqəti müvəkkili İqor Kizima bildirib.

Onun sözlərinə görə, "Demokratik seçkilər cəmiyyəti" forumunda demokratik prinsiplərin siyasi kurslarının əsasını təşkil etdiyini hesab edən Baltik, Qara və Xəzər dənizi regionları ölkələrinin dövlət başçıları iştirak edəcəklər. Diplomat xatırladıb ki, Barjomi təşəbbüsünün əsası Ukrayna və Gürcüstan prezidentləri tərəfindən Borjomda qoyulub və hər iki dövlət başçısı regionda ayırıcı xətlərin, insan hüquqlarının pozulması hallarının aradan qaldırılmasında, dondurulmuş münaqişələrin həllində ən güclü vasitə olacaq regional cəmiyyət yaratmağı nəzərdə tutur. Onlar bəyan edirlər ki, ölkələrin və eləcə də regionun iqtisadi inkişafının əsas şərtlərindən biri demokratiyanın və vətəndaş cəmiyyətinini qurulmasıdır.

"Dəvət Azərbaycan tərəfinə bu günlərdə verilib və hazırda bu məsələyə baxılır", - deyə İ.Kizima qeyd edib.

Xəbər lenti

Xəbər lenti