...

Yevgeni Sloboda: MDB-nin müşahidəçi missiyası Azərbaycanda seçkiqabağı vəziyyətin fəal monitorinqini aparır

Siyasət Materials 2 Noyabr 2005 17:35 (UTC +04:00)

MDB-nin müşahidəçi missiyası qərargah şöbələrinin 4 mərkəzi vasitəsilə Azərbaycanda seçkiqabağı vəziyyətin fəal monitorinqini aparır. Bu barədə müşahidəçilər missiyası qərargahının rəhbəri Yevgeni Sloboda Trend in müxbirinə məlumat verərkən bildirib.

Onun sözlərinə görə, Gəncə, Naxçıvan, Xaçmaz, Lənkəranda yerləşən mərkəzldərdən məlumat axını bütün sutka ərzində həyata keçirilir.

"MDB-dən olan müşahdəçilər respublika tabeçiliyində olan və 125 seçki dairəsini əhatə edən bütün rayon və şəhərlərdə öz funksiyalarını yerinə yetirəcəklər", -deyə Y. Sloboda qeyd edib ki, bu günə kimi Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan, Özbəkistan, eləcə də MDB üzvü olan dövlətlərin Parlamentlərarası Assambleyası, Rusiya və Belorus İttifaqı Parlament Toplantısı seçkilərdə öz iştiraklarını təsdiqləyiblər.

Sonda müşahidəçi missiyanın qərargah rəhbəri xatırladıb ki, müşahidələrin yekunu noyabrın 7-də Bakıda keçiriləcək mətbuat konfransında açıqlanacaq.

Xəbər lenti

Xəbər lenti