...

Vahid Novruzov: Azərbaycanın Auditorlar Palatası 2 auditor təşkilatının lisenziyasını ləğv edib

Siyasət Materials 2 Noyabr 2005 18:12 (UTC +04:00)
Vahid Novruzov: Azərbaycanın Auditorlar Palatası 2 auditor təşkilatının lisenziyasını ləğv edib

Azərbaycanın Auditorlar Palatası 2 auditor təşkilatının və 5 müstəqil auditorun lisenziyasını ləğv edib. Trend in məlumatına görə, bu barədə .lkənin Auditorlar Palatasının sədri Vahid Novruzov məlumat verib. Onun sözlərinə görə, buna səbəb onların fəaliyyətində aşkar olunan pozuntular olub.

Auditorlar Palatası ilə Azərbaycanın Hesablama Palatası arasında qarşılıqlı münasibətlərə toxunan V.Novruzov onların arasında heç bir fikir ayrılığının olmadığını bildirib. "Biz onlarla birgə auditor yoxlamaları aparırıq və əlaqəli şəkildə işlədiyimiz üçün bizim fəaliyyətimizdə təkrar yoxdur. Bir sıra yerlərdə bix ölkənin Vergilər Nazirliyi ilə birgə paralel yoxlamalar aparırıq. 2003-cü ildən Vergilər Nazirliyi ilə əməkdaşlıq barədə razılaşmamız var", - deyə o bildirib.

Auditorlar Palatasının sədri həmçinin, bildirib ki, Palatanın apardığı auditor yoxlamaları bütün tələblərə cavab verir. "Heç kim bizim yoxlamalımızı şübhə altına qoya bilməz. İndiyə kimi belə faktlar aşkara çıxarılmayıb. Biz auditoru seçməkdə azad olan təsərrüfat subyektlərinin müraciəti üzrə yoxlamalar həyata keçiririk. Ölkədə 55-ə yaxın təşkilat auditor xidmətləri həyata keçirir ", - deyə V.Novruzov bildirib.

Xəbər lenti

Xəbər lenti