...

MSK seçki məntəqələrini ehtiyat balon və lampalarla təmin edir

Siyasət Materials 2 Noyabr 2005 18:27 (UTC +04:00)

Seçki günü seçicilərin barmaqların mürəkkəblənməsi ilə bağlı bu günədək Azərbaycana 22 mindən çox mürəkkəb ballonu və 10 min 200 lampa gətirilib. Bu barədə Trend ə Mərkəzi Seçki Komissiyasının (MSK) Müstəqil Mətbuat Mərkəzindən məlumat verilib. Mürəkkəb balonlarının 10 mindən çoxu və 3 min 300 lampa Gürcüstandan, 8 min blok və 2500 lampa isə Danimarkadan gətirilib. Bundan əlavə, ABŞ Beynəlxalq İnkişaf Agentliyi 4 min ballon və 4 min 400 lampanı MSK-ya təqdim edib.

MSK balonların və lampaların MSK-ya paydanmasını, həmçinin səsvermə günü seçicilərin barmaqlarını mürəkkəblə işarələyəcək və yoxlayacaq komissiya üzvlərinə təlimlər keçirməsini davam etdirir. MSK səsvermə günü heç bir problem yaranmaması üçün məntəqələri ehtiyat balon və lampa və batareya ilə təmin edir.

Xəbər lenti

Xəbər lenti