...

MDU-da Azərbaycandakı seçkiqabağı vəziyyətə dair online-konfrans keçiriləcək

Siyasət Materials 2 Noyabr 2005 18:38 (UTC +04:00)

2005-ci il noyabrın 3-də postsovet məkanında ictimai-siyasi proseslərin öyrənilməsi üzrə analitik informasiya Mərkəzi "Azərbaycanda parlament seçkilərinin nəticəsi və gələcək Rusiya-Azərbaycan münasibətləri" mövzusunda on-line-konfrans keçirəcək. Burada Azərbaycan Respublikasının dövlət hakimiyyət orqanlarının nümayəndələri, ekspert- siyasətçilər, jurnalistlər, Azərbaycanın Moskvadakı diasporunun tanınmış xadimləri iştirak edir.

Trend Polit.ru -ya istinadən bildirir ki, müzakirəyə üç əsas məsələ çıxarılacaq: Azərbaycandakı hazırkı seçki kampaniyasının Rusiya-Azərbaycan münasibətlərinə təsiri, 2005-ci il seçki kampaniyasının Azərbaycan cəmiyyətinin inkişafı strategiyasına təsiri, Azərbaycandakı parlament seçkilərinin mümkün nəticələrinin proqnozu.

Bundan başqa, noyabrın 9-da saat 17.00-da MDU-nun tarix fakültəsində Mərkəz tərəfindən "Azərbaycanda parlament seçkiləri və Azərbaycan dövlətçiliyinin inkişafı yolları" mövzusunda dəyirmi masa keçiriləcək. Dəyirmi masada siyasi ekspertlər, biznesmenlər, Rusiya və Azərbaycanın tarixçi- alimləri, Azərbaycanın Moskvadakı diasporunun nümayəndələri iştirak edəcək.

Dəyirmi masada Azərbaycanda keçiriləcək parlament seçkilərinin ölkənin siyasi, tiqtisadi və sosial vəziyyətinə təsiri, eləcə də Rusiya-Azərbaycan münasibətlərinin inkişafı perspektivıləri ilə bağlı məsələlər müzakirəyə çıxarılacaq.

Xəbər lenti

Xəbər lenti