...

Osman Gündüzün namizədliyinin ləğv olunması üçün Apellyasiya Məhkəməsinə şikayət verilib

Siyasət Materials 2 Noyabr 2005 18:40 (UTC +04:00)

109 saylı Balakən seçki dairəsindən deputatlığa namizəd Osman Gündüzün namizədliyinin ləğv olunması üçün Dairə Seçki Komissiyası tərəfindən Apellyasiya Məhkəməsinə müraciət olunub. Bu barədə Trend ə Osman Gündüz özü məlumat verib.

O, bildirib ki, Apellyasiya Məhkəməsindən teleqramm alıb. Namizədə DSK-nın məhkəmə qarşısında onun namizədliyimin ləğvi ilə bağlı iddia qaldırıldığını deyiblər. Əsas kimi isə Osman Gündüzün vətəndaşlar və namizədlər tərəfindən şikayətlərin edilməsi göstərilib. Şikayətçilər Osman Gündüzün seçicilərə pul paylamaqda günahlandırıblar.

Məhkəmə noyabrın 3-də saat 11.00-da keçiriləcək. Məhkəmə iclasına hakim Salman Babayev sədrlik edəcək, namizədin vəkili isə Natiq Abdullayevdir.

Xəbər lenti

Xəbər lenti