...

Azərbaycan prezidenti müşavirə keçirib

Siyasət Materials 2 Noyabr 2005 20:23 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev noyabrın 2-də Bakı şəhər İcra Hakimiyyətində şəhərətrafı kənd və qəsəbələrin sosial-iqtisadi inkişafına dair müşavirə keçirib. Trend xəbər verir ki, müşavirədə şəhərətrafı qəsəbələrin ağsaqqalları və ziyalılarının, dövlət strukturlarının, yerli bələdiyyələrin nümayəndələri iştirak edib.

Prezident müşavirəni giriş nitqi ilə açaraq bildirib ki, son illər ərzində bütün sahələrdə tərəqqi, inkişaf vardır: "Həm ölkəmizin beynəlxalq müstəvidəki fəaliyyəti, həm də daxildə gedən siyasi proseslər və iqtisadi inkişaf çox uğurludur".

Prezident həmçinin bildirib ki,bu müsbət meyllər bu gün də davam edir. Xüsusilə iqtisadi sahədə nəticələr çox müsbətdir və görülmüş işlər konkret rəqəmlərdə öz əksini tapır. Dövlət başçısı qeyd edib ki, 300 mindən artıq yeni iş yerinin açılması, müxtəlif rayonlarda yeni fabriklərin, zavodların fəaliyyətə başlaması həm də onu göstərir ki, seçilmiş strategiya və siyasət düzgündür.

Prezident İ.Əliyev Bakı kəndləri və qəsəbələrinin bu prosesdən bir qədər kənarda qaldığını da vurğulayıb. Elə müşavirənin də bununla bağlı keçirildiyini bildirən dövlət başçısı Bakı kəndlərinin sosial-iqtisadi inkişafını sürətləndirmək üçün müvafiq proqramın qəbul ediləcəyinin zəruriliyini vurğulayıb.

Xəbər lenti

Xəbər lenti