...

Azərbaycan kommunistlərinin Rusiyaya səfəri təxirə salınıb

Siyasət Materials 3 Noyabr 2005 11:31 (UTC +04:00)

"Azərbaycan Kommunist Partiyasının (AKP) nümayəndə heyəti Rusiya Kommunist Partiyasının (RKP) rəhbərləri ilə görüşünü təxirə salıb". Bu barədə Trend ə AKP sədrinin birinci müavini, millət vəkili Rauf Qurbanov bildirib.

Qeyd edək ki, Azərbaycan kommunistlərinə dəvət sentyabrda RKP-nin sədri Gennadi Züqanov tərəfindən edilmişdir. Məqsəd Azərbaycan kommunistlərinin Rusiyalı həmkərları ilə seçkilərlə bağlı təcrübə mübadiləsi aparmaq olacaqır.

R.Qurbanov bildirib ki, görüşün təxirə salınmasına əsas səbəb seçki öncəsi işlərinin çox olması olub: "Başımız seçki təbliğatına qarışdığı üçün səfəri təxirə salmaq qərarına gəldik".

AKP rəsmisi onu da bildirib ki, parlament seçkilərini izləmək üçün Müstəqil Dövlətlər Birliyinə (MDB) daxil olan ölkələrin kommunistləri Azərbaycana gələcəklər: "Təşəbbüs özlərindəndir. Rusiya kommunsiləri ilə yanaşı MDB müşahidəçi qrupuna Ukrayna, Belorus və digər ölkələrin kommunistləri də gələcək".

Xəbər lenti

Xəbər lenti