...

Dekabrın 6-da Ciddədə İslam Konfransı Təşkilatının xarici işlər nazirlərinin növbəti görüşü keçiriləcək

Siyasət Materials 3 Noyabr 2005 12:20 (UTC +04:00)

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İslam Konfransı Təşkilatı xarici işlər nazirlərinin dekabrın 6-da Ciddədə keçiriləcək görüşünə dəvət alıb. Bu barədə Trend ə Azərbaycanın Xarici İşlər Nazirliyindən məlumata verilib.

İKT-yə üzv olan 57 ölkənin XİN rəhbərləri aktual siyasi, iqtisadi və mədəniyyət problemləri və islam dünyasında hadisələrin inkişafını müzakirə edəcək, dövlət başçılarının sammitinin gündəliyini razılaşdıracaqlar.

Xatırladaq ki, İKT 1969-cu ildə müsəlman ölkələrinin dövlət başçıları və hökumətlərinin Rabatda (Mərakeş) keçirilmiş konfransfında yaradılıb. Dövlət başçıları və hökumətlərin konfransı 3 ildə 1 dəfə keçirilir. İKT-nin siyasi orqanı xarici işlər nazirləri konfransı, icra orqanı isə qərargah mənzili Qüdsün azad olunmasına qədər müvəqqəti olaraq Ciddədə (Səudiyyə Ərəbistanı) yerləşən Baş Katiblikdir.

Xəbər lenti

Xəbər lenti