...

Ukrayna və İsrail liberal demokratları noyabrın 5-də Bakıya gələcək

Siyasət Materials 3 Noyabr 2005 12:48 (UTC +04:00)

"Ukrayna və İsrail liberal demokratları Azərbaycanda keçiriləcək parlament seçkilərini izləmək üçün noyabrın 5-də Bakıya gələcək". Bu barədə Trend ə Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev bildirib.

Partiya sədri onu da qeyd edib ki, bu təklifi onlara özü verib: "Ukrayna liberal demokratlarının rəhbəri İqor Duşin və İsrail liberal demokratlarının rəhbəri Aleksandr İsko ilə bu barədə noyabrın 2-də yenidən danışıqlarımız olub. Onlar yalnız mənim namizəd olduğum 25 saylı Nizami ikinci seçki dairəsində seçkiləri izləyəcəklər".

Hər bir partiyadan bir nümayəndənin seçkiləri müşahidə edəcəyini deyən F.Əliyev onlardan başqa Azərbaycana gələcək MDB müşahidəçilər qrupunda da digər dövlətlərin liberal demokratlarının təmsil olunacaqlarını bildirib.

Xəbər lenti

Xəbər lenti