...

Elizabet Cons: Azərbaycanda keçirilən parlament seçkilərinə xüsusi diqqət ölkənin ABŞ və Avropa üçün strateji əhəmiyyəti ilə bağlıdır

Siyasət Materials 3 Noyabr 2005 13:16 (UTC +04:00)

Azərbaycanda keçirilən parlament seçkilərinə xüsusi diqqət ölkənin ABŞ və Avropa üçün strateji əhəmiyyəti ilə bağlıdır. Trend bildirir ki, "Vaşinqton Tayms" qəzetində ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə keçmiş müavini xanım Elizabet Cons bu bəanatla çıxış edib.

Diplomat vurğulayıb ki, Azərbaycan müxalifəti bilərəkdən icazə verilən yerlərdə nümayişlər keçirməkdənsə Bakının mərkəzi yerlərində qanunsuz yürüşlər vasitəsilə polis cavabına təhrik edib.

E.Consun fikrincə, Azərbaycan hökuməti Bakının mərkəzi küçələrində yürüş və nümayişlərə icazə verməlidir.

O, qeyd edib ki, genişlənən Avropa Birliyinin sərhədində Rusiya ilə İran arasında yerləşən Azərbaycan sülhməramlı qüvvələrini Balkanlar və Əfqanıstanda yerləşdirib. Prezident İlham Əliyevin rəhbərliyi ilə respublika terrorla qlobal mübarizəyə sadiqlik nümayiş etdirir.

2001-ci il sentyabrın 11-dən başlayaraq Azərbaycan Əfqanıstana qoşun və ehtiyat ötürülməsində ABŞ hava qüvvələri ilə əməkdaşlıq edir.Rəsmi Bakı ABŞ və Avropa birliyi ilə öz ərazisindən terrorçuların və qeyri-qanuni daşınmaların dayandırılması üzrə fəal əməkdaşlıq edir, habelə BMT-nin əks terror üzrə bütün 12 beynəlxalq razılaşmasına qoşulub.

E.Consun fikrincə, Azərbaycan prezidenti İlham Əliyevin parlament seçkilərinin keçirilməsinə yönəldilmiş səyləri bir çox dünya liderləri və ABŞ-nın rəsmi şəxsləri tərəfindən alqışlanır.

Xüsusilə bütün namizədlərə pulsuz efir vaxtı ayıran İctimai televiziyanın yaradılması, QHT və siyasi partiyaların qeydiyyatının artırılması, seçicilərin tam siyahısı daxil olmaqla MSK-nın internet səhifəsinin mütəmadi yerləşdirilməsi, eləcə də ötən parlament seçkilərində - 2000-ci ildə iştirak edən 400 nəfər namizədlə müqayisədə 2005-ci ildə onların 2000 nəfərə çatdırılaraq sayının artırılması yüksək qiymətləndirilib.

Xəbər lenti

Xəbər lenti