...

Əli Kərimli: "Azadlıq" bloku seçki günü heç bir aksiyaya, dövlət çevrilişinə hazırlaşmır

Siyasət Materials 3 Noyabr 2005 13:20 (UTC +04:00)

"Azadlıq" bloku dövlət çevrilişinə hazırlaşmır, hakimiyyətin bu barədə yaydığı dezinformasiyalar şoudan başqa bir şey deyil. Biz seçki günü də heç bir aksiya keçirməyi planlaşdırmırıq". Trend in məlumatına görə, bu fikirləri noyabrın 3-də mətbuat konfransı keçirən "Azadlıq" blokunun həmtəsisçisi, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP-islahatçılar) sədri Əli Kərimli bildirib. O qeyd edib ki, əgər seçkidə kütləvi şəkildə qanun pozuntuları, saxtakarlıqlar edilsə, nəticələrin "Azadlıq" blokunu qane edib-etməməsindən asılı olmayaraq, blok hər kəsin hüquqlarının müdafiəsi uğrunda mübarizə aparacaq.

Ə.Kərimlinin sözlərinə görə, seçkidə kütləvi saxtakarlıqlara yol verilərsə, "Azadlıq" bloku oğurlanmış səslərin müdafiəsi üçün dinc mitinqlər, küçə yürüşləri, Konstitusiyanın verdiyi imkanlar çərçivəsində etiraz tədbirləri keçirəcək. AXCP sədri əlavə edib ki, əgər səsvermə günü qanun pozuntusu faktları kütləvi hal almasa və yalnız müəyyən dairələri əhatə etsə, "Azadlıq" bloku hüquqi müstəvidə həmin saxta nəticələrin ləğv olunmasına çalışacaq, ümumilikdə isə seçkinin nəticələri ilə razılaşacaq.

Ə.Kərimli bildirib ki, seçki günü barmaqlara məhz görünməyən mürəkkəbin vurulması da narahatlıq yaradıb. Çünki bu mürəkkəbin yoxlanması müəyyən bir texniki prosedura tələb edir.

Xəbər lenti

Xəbər lenti