...

Şahlar Əsgərov namizədliyini geri götürməyib

Siyasət Materials 3 Noyabr 2005 14:40 (UTC +04:00)

"95 saylı Tərtər seçki dairəsindən Yeni Azərbaycan Partiyasının namizədi Şahlar Əsgərov namizədliyini geri götürməyib". Bu barədə Trend agentliyinə parlamentin elm və təhsil komissiyasının sədri, millət vəkili Şahlar Əsgərovun özü bildirib.

Ş.Əsgərov bildirib ki, belə şayiləri həmin seçki dairəsindən olan "Azadlıq" seçki blokunun iki namizədi yayıb: "Bu ağ yalan və seçicilərimi aldatmaqdan başqa bir şey deyil. Mən seçki təbliğatımı davam etdirirəm. Əksinə mənim xeyrimə namizədliklərini geri götürənlər var. Bunlardan biri sahibkar Şakir Hüseynov, digəri isə Elçin Mahmudovdur".

Millət vəkili onu da bildirib ki, əgər proses belə davam edərsə lazımi instansiyalara müracəit etmək məcburiyyətində qalacaq: "İstəməzdim ki, Ramazan bayramı ərəfəsində belə hallar baş versin".

Xəbər lenti

Xəbər lenti