...

Asim Mollazadə Almaniya Bundestaqının təmsilçiləri ilə görüşüb

Siyasət Materials 3 Noyabr 2005 15:13 (UTC +04:00)

Demokratik İslahatlar Partiyasının (DİP) sədri, millət vəkili Asim Mollazadə noyabrın 3-də partiyanın mənzil-qərargahında Almaniyanın Azad Demokratlar Partiyasından olan bundestaq üzvü Markus Löninq və Fridrix Naumann Fondunun Cənubi Qafqaz proqramlarının rəhbəri Iolfqanq Yonla görüşüb. Bu barədə Trend ə DİP-dən məlumat verilib.

Görüşdə Demokratik İslahatlar Partiyası ilə Almaniyanın Azad Demokratlar Partiyası arasındakı münasibətlər və əməkdaşlıq məsələləri, beynəlxalq liberal təşkilatlarda bu partiyaların birgə fəaliyyəti, seçki prosesinin təhlili, partiyanın namizəd irəli sürdüyü seçki dairələrindəki vəziyyət müzakirə olunub. Həmçinin Azərbaycanın Avroatlantik məkana inteqrasiya perspektivləri müzakirə də mühakirə mövzusu olub. Asim Mollazadə partiya və ölkəmizdəki seçkiqabağı vəziyyətlə bağlı qonaqları maraqlandıran suallara cavab verib.

Xəbər lenti

Xəbər lenti