...

MTN narkotik vasitə qaçaqmalçıları həbs edib

Siyasət Materials 3 Noyabr 2005 16:07 (UTC +04:00)

Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməliyyat qrupu narkotik vasitə qaçaqmalçılarını yaxalayıb. Bu barədə Trend ə MTN-nin ictimai əlaqələr mərkəzindən məlumat verilib.

Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin Sabirabad rayonu ərazisindəki stasionar postunda Əlibayramlı şəhər sakinləri Rəşad Quliyev, Anar Cabbarov, Yasəf və Rasəf Mehtiyevlər saxlanılıb. Avtomaşına baxış zamanı kulli miqdarda narkotik vasitələr - 602 qrama yaxın heroin və 597 qram marixuana, habelə bir ədəd "Sayqa-410K" markalı tüfəng və 39 ədəd patron götürülüb.

Araşdırma zamanı müəyyən edilib ki, dəstənin üzvləri mütəmadi olaraq Hüseyn adlı İran İslam Respublikasının vətəndaşının onların sifarişi əsasında qaçaqmalçılıq yolu ilə ölkəyə göndərdiyi külli miqdarda narkotik vasitələri Beyləqan rayon sakinləri Fərmayıl və Rəşad Süleymanovlar, Bərzuyyə Allahverdiyev və Emil Qasımov vasitəsilə əldə edərək satıblar. Əməliyyat tədbirləri nəticəsində həmin şəxslər də yaxalanıb. Onların yaşadıqları mənzillərə baxış keçirilərkən 4 kq heroin, 17 qram marixuana, 34.500 ABŞ dolları, bir ədəd VİNÇESTER markalı tüfəng aşkar edilərək götürülüb.

Saxlanılan şəxslər barədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.4-cü (iütəşəkkil dəstə tərəfindən külli miqdarda narkotik vasitələrin qaçaqmalçılığı) və 234-cü maddənin (narkotik vasitələrin qanunsuz satışı) bir neçə hissəsi ilə cinayət işi qaldırılıb.

Xəbər lenti

Xəbər lenti