...

Novruz Məmmədov: Azərbaycanda "rəngli" inqilab barədə bəyanatlar ilğımdır

Siyasət Materials 3 Noyabr 2005 16:35 (UTC +04:00)

"Düz bir neçə gündən sonra hamı Azərbaycanda "rəngli" inqilablar barədə ideyanın ilğımdan başqa bir şey olmadığına əmin olacaq. Və bu mövzu tamamilə gündəlikdən çıxarılacaq".Bu barədə Azərbaycan prezidentinin İcra Aparatının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Trend ə ekskluöziv şəkildə bəyan edib.

Onun sözlərinə görə, parlament seçkiləri ərəfəsində xaricdəki bəzi qüvvələr, eləcə də ölkə daxilindəki müxtəlif dairələr bilərəkdən cərəyan edən hadisələri şişirdərək "narıncı" inqilabın təşkili ilə bağlı təəssürat yaratmağa çalışırlar. Və seçkilərə 2-3 gün qalmış inqilab barədə söhbətlərin mütəmadi olaraq qaldırılması mümkündür. "Lakin Azərbaycanda olan adamlar bunun baş verməyəcəyini bilirlər. Bütün siyasətçilər, mütəxəssislər, politoloqlar, jurnalistlər bunu görür və açıq şəkildə bildirirlər. Və bu gün ABŞ və Avropa da daxil olmaqla, dünyanın bütün KİV apardıqları peşəkar təhlil nəticəsində Azərbaycanda "rəngli" inqilab üçün heç bir şəraitin olmadığını qeyd edirlər. Bunun əsas səbəbəi də ondadır ki, Azərbaycanda ictimai-siyasi sabitlik müşahidə olunur, ölkə prezidentini əhalinin 70%-dən çoxu dəstəkləyir", - deyə o bildirib.

"Biz seçkidə vəziyyətin necə olacağını, seçkilərlə bağlı hansı işlərin görüldüyünü, ictimai-siyasi sabitlik, iqtisadi inkişaf, əhalinin vəziyyəti və prezidentə dəstəyin səviyyəçsini bilirik və buna əminik. Və bu barədə Azərbaycandakı prosesləri dərindən analiz edən maraqlı tərəfləri məlumatlandırılıb", - deyə N.Məmmədov əlavə edib.

N.Məmmədovun fikrincə, "Azərbaycanda "rəngli" inqilab barədə ehtimallar yalnız aztəcrübəli, ölkədə cərəyan edən prosesləri öyrənib nəticə çıxara bilməyən adamlarda yarana bilər".

Xəbər lenti

Xəbər lenti