...

Səfər Əbiyev Almaniyanın ölkəmizdəki səfirini və briqada generalını qəbul edib

Siyasət Materials 3 Noyabr 2005 16:52 (UTC +04:00)

Noyabrın 3-də Azərbaycan respublikasının müdafiə naziri, general-polkovnik Səfər Əbiyev Almaniyanın Azərbaycandakı səfiri Detlev Lingemanı və hərbi atteşesi, briqada generalı Peter Şafraneki qonaqları qəbul edib. Bu barədə Trend ə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Görüş zamanı nazir bildirib ki, Azərbaycan-Almaniya münasibətləri yüksələn xətlə inkişaf edir: "Hərbi sahədə də əməkdaşlığımız yaxşı vəziyyətdədir və biz hərbi əməkdaşlıq haqqında sazişin layihəsini sizə təqdim etmişik. Ümid edirik ki, tezliklə bu saziş imzalanacaq".

Səfir Lingeman səmimi qəbula görə S.Əbiyevə minnətdarlığını bildirib və qeyd edib ki, bu cür görüşlər Almaniya-Azərbaycan əməkdaşlığının uğurla inkişaf etdirilməsinə dəstəkdir.

Briqada generalı P,Safranek isə hərbi əməkdaşlıq layihəsinin müzakirə proesində olduğunu və Azərbaycanda hərbi atteşelik missiyasının başa çatdığını bildirib.

Görüşdə həmçinin Azərbaycan-Almaniya hərbi əməkdaşlığının perspektivləri də müzakirə olunub.

Xəbər lenti

Xəbər lenti