...

"Azadlıq" seçki bloku noyabrın 8-9-10-da mitinq keçirəcək

Siyasət Materials 3 Noyabr 2005 16:56 (UTC +04:00)

"Azadlıq" seçki bloku seçkidən sonra - noyabrın 8-9-10-u saat 15.00-dan 18.00-dək "Qələbə" meydanında mitinq keçirəcək". Trend xəbər verir ki, bu barədə adıçəkilən blokun təsisçilərindən olan Müsavat Partiyasının başqanı İsa Qəmbər noyabrın 3-də keçirdiyi mətbuat konfransında bildirib.

İ.Qəmbər qeyd edib ki, bu barədə noyabrın 3-də blokun Sədrlər Şurasının keçirdiyi toplantıda qərara alıblar: "Noyabrın 6-da seçkilərin keçirilməsi ilə bağlı bizə daxil olan məlumatlar toplanıb noyabrın 7-də analiz ediləcək. Analizlərimiz nəticəsində görsək ki, seçkilər saxtalaşdırılıb onda noyabrın 8-9-10-da mitinq keçirəcəyik".

Başqan onu da bildirib ki, mitinqlər dinc xarakter daşıyacaq. Mitinqlərin keçiriləcəyi ilə bağlı Bakı meriyasına noyabrın 3-də məktubun da ünvanlanacağını bildirən başqan daha sonra deyib: "Meriya mitinqlərin keçirilməsinə icazə verməzsə onda bu iqtidarın bir daha qeyri-demokratikliyindən xəbər verəcək".

Xəbər lenti

Xəbər lenti