...

Səfər Əbiyev Bəhreyn Krallığının müdafiə nazirini qəbul edib

Siyasət Materials 3 Noyabr 2005 17:58 (UTC +04:00)

Noyabrın 3-də Azərbaycan respublikasının müdafiə naziri, general-polkovnik Səfər Əbiyev Bəhreyn Krallığının Azərbaycanda qeyri-rəsmi səfərdə olan Müdafiə naziri general-leytenant Şeyx Xəlifə Bin Əhməd Əl Xəlifəni və nümayəndə heyətini qəbul edib. Bu barədə Trend ə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Nazir əvvəlcə qonaqları Ramazan bayramı münasibətilə təbrik edərək bildirib ki, Azərbaycan ərəb ölkələri ilə hərbi əməkdaşlığı daim genişləndirməkdə maraqlıdır. O, Ermənistan-Azərbaycan müunaqişəsi, bu münaqişənin həlli istiqamətində hazırkı vəziyyəti, Azərbaycanan geostrateji mövqeyi və iqtisadi inkişafı haqqında qonaqlara məlumat verib. "Azərbaycanan iqtisadiyyatı ildən-ilə güclənir. Bu isə onun Silahlı Qüvvələrinin güclənməsi deməkdir. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev bu məsələyə xüsusi diqqət yetirir və qayğı göstərir", - deyə Səfər Əbiyev söyləyib.

Şeyx Xəlifə Bin Əhməd Əl Xəlifə səmimi qəbula görə Səfər Əbiyevə təşəkkürünü bildirib və Azərbaycanın öz torpaqlarını azad edəcəyinə inandığını söyləyib. : "Çünki haqq Azərbaycanın tərəfindədir. Bəhreyn Krallığı Azərbaycana bütün sahələrdə yardım etməyə hazırdır. Mən Bəhreyn-Azərbaycan hərbi əməkdaşlığının yaradılmasında əlimdən gələn köməyi edəcəyəm", deyə qonaq bildirib.

Görüşün sonunda Şeyx Xəlifə Bin Əhməd Əl Xəlifə müdafiə naziri Səfər Əbiyevi Bəhreynə səfərə dəvət edib.

Xəbər lenti

Xəbər lenti