...

Azərbaycanın daxili işlər naziri ABŞ səfirini qəbul edib

Siyasət Materials 3 Noyabr 2005 20:07 (UTC +04:00)

Azərbaycanın daxil işlər naziri, general -polkovnik Ramil Usubov noyabrın 3-də ABŞ-ın səfiri Rino Harnişi qəbul edib. Trend in məlumatına görə, bu barədə ölkənin DİN-nin yaydığı məlumatda bildirilir.

Görüşdə məqsəd seçkiqabağı dövrdə polis orqanlarının öz üzərlərinə götürdükləri, ictimai asayişin qorunmasının təminatı və s. məsələlərin müzakirəsidir.

R. Usubov həmçinin, qeyd edib ki, oktyabrın 31-nə qədər seçicilərlə ümumilikdə 22704 görüş keçirilib, onlardan 5566-sı müxalifət nümayəndələri, 8323 -ü iqtidar partiyası, 8815 -i müstəqil namizədlər tərəfindən keçirilib.

Seçki kampanyiası dövründə iri toplantıların keçirilməsi ilə bağlı paytaxtın İcra Hakimiyyətinə daxil olan 64 müraciətdən 47-si müxalifətin payına düşür. Bu zaman 38 kütləvi aksiya keçirilib. Bu zaman icra hakimiyyəti orqanlarının icazə vermədiyi yerlərdə keçirilən 9 kütləvi aksiya baş tutmayıb.

Qanunsuz fəaliyətlər zamanı polis qanunla müəyyən olunmuş çərçivədə hərəkət edib. Daxili işlər naziri bildirib ki, oktyabrın 15-dən polis orqanları gücləndirilmiş iş rejiminə keçib və ictimai asayişin qorunması üçün xüsusi tədbirlər görülüb.

Öz növbəsində, amerikalı diplomat ABŞ hökumətinin Azərbaycan prezidenti İlham Əliyevin insan azadlığı və hüquqlarının təmin olunması, eləcə də seçki təcrübəsinin təkmilləşdirilməsi üzrə atdığ addımları yüksək qiymətləndirdiyini bildirib.

Xəbər lenti

Xəbər lenti