...

Yeni Azərbaycan Partiyası "Qələbə" meydanında mitinq-konsert keçirib

Siyasət Materials 4 Noyabr 2005 17:11 (UTC +04:00)
Yeni Azərbaycan Partiyası "Qələbə" meydanında mitinq-konsert keçirib

Hakim Yeni Azərbaycan Partiyasının noyabrın 4-də saat 15.00-də "Qələbə" meydanında planlaşdırdığı mitinq-konsert 40 dəqiqə gec başlayıb. Trend bildirir ki, mitinq Azərbaycanın əməkdar artisti Ağadadaş Ağayevin musiqi kompozisiyası ilə başlayıb. Mitinqin baş şüarı "Yeni Azərbaycanla yeni həyatını seç" olub.

İlk olaraq partiyanın icraçı katibi Əli Əhmədov çıxış edib və bildirib ki, mitinqin rəmzi Azərbaycanın 1000 metr uzunluğunda bayrağının mitinq iştirakçıları tərəfindən dalğalandırılmasıdır. "Yeni Azərbaycan Partiyasının parlament seçkilərində qələbəsi şübhəsizdir. Bu meydana toplaşıb İlham Əliyevin siyasətini dəstəkləyən izdiham bunu deməyə əsas verir" -deyə o bildirib və xalqı partiyanın siyasətinə səs verməyə çağırıb. Ə.Əhmədovdan sonra mitinqdə partiyanın deputatlıga namizədləri çıxış edərək hamını İlham Əliyevin siyasətinə səs veməyə çağırıb. Sonra incəsənət ustalarının çıxışları olub.

Polisin verdiyi məlumata görə, sakit şəraitdə keçən mitinqdə 20 mindən artıg insan iştirak edib. Mitinqi beynəlxalq təşkilatların nümayəndələri və xarici jurnalistlər müşahidə edib.

Xəbər lenti

Xəbər lenti