...

ABŞ-nın Azərbaycandakı səfirliyi regionlara müşahidəçilər göndərəcək

Siyasət Materials 4 Noyabr 2005 18:06 (UTC +04:00)

Noyabrın 6-da parlament seçkilərini müşahidə etmək üçün ABŞ-nın Azərbaycandakı səfirliyi Bakıya və ölkənin müxtəlif regionlarına nümayəndə heyəti göndərəcək. Bu barədə Trend ə ABŞ-nın Azərbaycandakı səfirliyində bildirilib.

Bundan başqa, səfir Rino Harniş Bakının müxtəlif seçki məntəqələrində seçkiləri müşahidə edəcək. O, həm də ABŞ yardım Agentliyinin maliyyələşdirdiyi və PA Consulting şirkətinin həyata keçirdiyi "exit poll"un gedişini müşahidə etmək üçün Exit poll İnformasiya mərkəzinə baş çəkəcək. ABŞ səfirliyi qeyd edir ki, səsvermə başa çatdıqdan bir neçə saat sonra saat 7.00-da PA Consulting "exit poll"un ilkin nəticələrini elan etməyə başlayacaq. "Exit poll"un nəticələri 125 seçki dairəsindən 65-ni əhatə edəcək. 65 seçki dairəsi təsadüfən seçilib ki, 125 seçki dairəsinin hər biri ABŞ-nın yardım Agentliyinin "exit poll"unda iştirak etmək üçün bərabər imkana malik olsun. Noyabrın 6-da saat 10.00-dan başlayaraq Landmark binasında mətbuat nümayəndələri üçün Exit Poll-un brifinq-mərkəzi fəaliyyət göstərəcək.

Xəbər lenti

Xəbər lenti