...

Qarabağ erməniləri Azərbaycan MSK-nın çağırışına cavab verib

Siyasət Materials 4 Noyabr 2005 19:31 (UTC +04:00)

Azərbaycanın Mərkəzi Seçki Komissiyasına (MSK) 122 saylı Xankəndi seçki dairəsində qeydiyyata alınmış erməni milliyyətindən olan AR vətəndaşlarından cavablar daxil olub. Trend bildirir ki, Azərbaycan MSK-nın noyabrın 4-də keçirilən iclasında katib Natiq Məmmədov bu barədə bəyan edib.

Xatırladırıq ki, öncə MSK Azərbaycanın erməni milliyyətindən olan vətəndaşlarına müraciət edib və onları noyabrın 6-da keçiriləcək parlament seçkilərində iştirak etməyə çağırıb. N.Məmmədovun sözlərinə görə, məktubda Xankəndi seçki dairəsinin yaradılması barədə qərar bəyənilib və səsvermədə iştirak etmək arzusu qeyd olunub.Bununla belə məktublarda Dağlıq Qarabağda Arkadi Qukasyanın rəhbərliyi ilə yaradılmış separatçı rejimin fəaliyyəti ilə bağlı şikayətlər bildirir. Məktublarda həmçinin Azərbaycan hakimiyyətinin yürütdüyü siyasət bəyənilir.

N.Məmmədov qeyd edib ki, təhlükəsizlik məqsədilə müraciət edənlərin adları açıqlanmır.

Xəbər lenti

Xəbər lenti