...

Seçki günü asayişin qorunması üçün polis əməkdaşları tam təlimatlandırılıblar

Siyasət Materials 5 Noyabr 2005 12:28 (UTC +04:00)
Seçki günü asayişin qorunması üçün polis əməkdaşları tam təlimatlandırılıblar

Noyabrın 6-da keçiriləcək seçkiylə əlaqədar asayişin qorunması üçün polis əməkdaşları tam təlimatlandırılıblar. Bu barədə Trend ə Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini Yaşar Əliyev məlumat verib.

"Polis əməkdaşları seçki zamanı baş verə biləcək hər hansı qarşıdurmanın, asayiş pozuntusunun qarşısını almağa tam hazırdır. Seçki məntəqələri yaxınlığında polis postları qurulub. Bu sahədə hazırlıq işləri artıq başa çatıb".

Rəis müavininin sözlərinə görə, seçki günü polisin xüsusilə gücləndirilmiş iş rejimində çalışması müəyyən qüvvələr tərəfindən törədilə biləcək hər hansı təxribatın istisna olmamasıdır.

Yaşar Əliyevin sözlərinə görə, məntəqələrdə hər hansı təxribat və münaqişə baş verərsə, bu barədə Baş İdarə operativ şəkildə məlumatlandırılacaq.

Xəbər lenti

Xəbər lenti