...

"Sərhədsiz reportyorlar" təşkilatının baş katibi Azərbaycan prezidentinə məktub göndərib

Siyasət Materials 5 Noyabr 2005 13:54 (UTC +04:00)

"Sərhədsiz reportyorlar" təşkilatının baş katibi Robert Menard (Robert Ménard) Azərbaycan prezidenti İlham Əliyevin adına açıq məktub göndərərək onu "jurnalistlərin təhlükəsizliyini təmin etməyə" çağırıb. Bu barədə Trend məlumat verib.

R.Menardın məktubunda bildirilir ki, qarşıdakı parlament seçkiləri Azərbaycanın gələcyi üçün mühüm addım olacaq. ""Sərhədsiz reportyorlar" Azərbaycanda sərbəst mətbuatın təmin lunması sahəsində vəziyyəti çox diqqətlə izləyirlər".

Qeyd edilir ki, xarici KİV-ə seçki günü birbaca yayım aparmağa icazə verilməyib. Belə ki, Rusiyanın "NTV" və "RTR" telekanallarının peyk antennaları müvəqqəti müsadirə olunub, Gürcüstan sərhəddində Türkiyənin video materiallar ötürmək üçün "Ihlas" telekanalına məxsus maşın saxlanılıb.

"Biz Sizdən ölkənin gələcəyi üçün son dərəcə mühüm olan bir gündə azad və şəffaf seçkilərin keçirilməsi üçün əlverişli iqlimin yaradılmasını, eləcə də səsvermənin gedişini əks etdirəcək bütün jurnalistlərin təhlükəsizliyini təmin edəsiniz", - deyə "Sərhədsiz reportyorlar" təşkilatının baş katibinin məktubunda bildirilir.

Xəbər lenti

Xəbər lenti