...

MSK katibi: "Bütün seçki məntəqələri seçki gününə tam hazırdır"

Siyasət Materials 5 Noyabr 2005 14:41 (UTC +04:00)
MSK katibi: "Bütün seçki məntəqələri seçki gününə tam hazırdır"

Bütün seçki məntəqələri lazımi avadanlıqlarla təzcih olunub və hamısı seçki gününə tam hazırdır. Bu məlumatı Trend ə Mərkəzi Seçki Komissiyasının (MSK) katibi Natiq Məmmədov verib. O, bildirib ki, mürəkkəb balonları, ultrabənövşəyi lampalar da ölkə üzrə bütün məntəqələrə paylanılıb və mənqətə üzvlərinə mürəkkəbdən istifadə proseduru ilə bağlı maarifləndirici treninqlər keçirilib.

N.Məmmədov onu da deyib ki, MSK bütün dairə və məntəqə seçki komissiyalarının fəaliyyətini daim nəzarətdə saxlayır, onlardan hesabatlar qəbul edir. MSK üzvləri, MSK Aparatının və Katibliyinin əməkdaşlarına regionlar üzrə məntəqələr bölünərək həvalə olunub. Onlar seçki məntəqələrinin seçkiyə hazırlığı ilə maraqlanır, fəaliyyətlərinə nəzarət edirlər. Həmçinin MSK öz fəaliyyətinə dair hesabatı da Prezident Aparatına təqdim edib.

Xəbər lenti

Xəbər lenti