...

Səsvermə günü seçki başa çatanadək hər iki saatdan bir mətbuat konfransı keçiriləcək

Siyasət Materials 6 Noyabr 2005 11:22 (UTC +04:00)

Noyabrın 6-da saat 8.00-da MSK-nın seçkilər informasiya mərkəzində açılış tədbiri olub. Trend xəbər verir ki, MSK sədri Məzahir Pənahov həmin dəqiqədə bütün respublika üzrə parlament seçkisinə start verib və elan edib ki, artıq seçki məntəqələri öz işinə başlayır. O bildirib ki, bütün məntəqələrdə seçkilərə hazırlıq yüksək səviyyədədir və bütün lazımi tədbirlər həyata keçirilib.

Seçkilər informasiya mərkəzinə gələn ombudsman Elmira Süleymanova da bildirib ki, bütün dövlət strukturları seçkinin demokratik keçirilməsini istəyirsə, obyektivliyə riayət etməli, seçki prosesinə heç bir maneçilik törətməməlidir.

Seçkilər informasiya mərkəzinin rəhbəri İqbal Babayev bildirib ki, səsvermə noyabrın 6-sı saat 19.00-dək davam edəcək. Həmin saatdan sonra isə noyabın 17-si saat 19-00-dək bütün namizədlərin topladığı səslər müəyyən olunacaq. Səsvermə günü seçki başa çatanadək hər iki saatdan bir mətbuat konfransı keçiriləcək.

Xəbər lenti

Xəbər lenti