...

Murtuz Ələsgərov: "Seçkilər Seçki Məcəlləsinin tələblərinə uyğun keçirilir"

Siyasət Materials 6 Noyabr 2005 12:29 (UTC +04:00)
Murtuz Ələsgərov: "Seçkilər Seçki Məcəlləsinin tələblərinə uyğun keçirilir"

"Seçkilər Seçki Məcəlləsinin tələblərinə uyğun keçirilir". Bu barədə Trend agentliyinə Azərbaycan Milli Məclisinin spikeri Murtuz Ələsgərov bildirib.

Qeyd edək ki, M.Ələsgərov həyat yoldaşı ilə birlikdə noyabrın 6-da saat 11.25-də 23 saylı Nəsimi-Səbail Dairə Seçki Komissiyasının 44 saylı orta məktəbdə yerləşən 1 saylı seçki məntəqəsində səs verib.

M.Ələsgərov qeyd edib ki, dövlət tərəfindən seçkilərin tam demokratik və şəffaf keçirilməsi üçün bütün imkanlardan istifadə edilib: "Bütün seçki məntəqələrində belə bir şərait yaradılıb. Özünüz də gördünüz ki, mənim səs verdiyim seçki məntəqəsində hələlik heç bir qanun pozuntusu yoxdur. Hər şey normal keçir. Heç bir qüvvənin burada müdaxiləsi yoxdur. Güman edirəm ki, seçki tam mütəşəkkil qaydada başa çatacaq. Hamıya uğurlar arzulayıram".

Xəbər lenti

Xəbər lenti