...

Murtuz Ələsgərov: Müxalifət seçkilərin demokratik keçirilməsinə mane olmaq istəyir

Siyasət Materials 6 Noyabr 2005 12:41 (UTC +04:00)

"Radikal müxalifət seçkilərin demokratik və şəffaf keçirilməsi prosesini pozmağa çalışır". Bu barədə Trend agentliyinə Azərbaycan Milli Məclisinin spikeri Murtuz Ələsgərov noyabrın 6-da 23 saylı Nəsimi-Səbail Dairə Seçki Komissiyasının 1 saylı seçki məntəqəsində səs verdikdən sonra bildirib.

Spiker onu da qeyd edib ki, müxalifət daim hər seçki öncəsi demokratik mühiti pozmağa cəhd göstərib. Lakin buna müvəffəq olmayıb: "Bu dəfəki seçkilərin şəffaf keçiriləcəyinə də öz planları ilə kölgə salmaq məqsədini güdüb. Lakin xalq onların fəaliyyətlərinə çoxdan qiymət verib. Əgər müxalifət seçkilərin demokratik və şəffaf keçirilməsini isətyirsə, qoy xalqın mövqeyini gözləsinlər. Xalqın mövqeyi, seçicilərin hansı qüvvəyə səs verəcəyini gözləmədən müxalifətin seçkilərin demokratik keçirilməyəcəyi ilə bağlı bəyanatlar verməsi onların məğlubiyyətlərinin bir təzahür formasıdır".

Spiker müxalifətin belə planlar üzərində işləməsini onların zəifliyi ilə əlaqələndirib.

Xəbər lenti

Xəbər lenti